Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb

Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanların "İsmaili" dini mərkəzinə edilən bıçaqlı hücum nəticəsində azı iki nəfər ölüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Portuqaliya polisi tərəfindən təsdiqlənib.

Qeyd olunub ki, hücumu törədən və milliyəti əfqanıstanlı olduğu güman edilən şəxs hadisə yerində zərərsizləşdirilib.

Polisdən hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31