BMT: Nüvə silahlarının yayılması ciddi narahatlıq doğurur - ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, nüvə silahlarının yayılması Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ilə bağlı ciddi narahatlıq doğurur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomezin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib. "Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək planını açıqladıqdan sonra bu gün Belarus belə bir qərarın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə zidd olmadığını açıqladı. Bu vəziyyəti necə qiymətləndirirsiniz?"sualına,  "Biz bu xəbərləri gördük. Nüvə silahlarının yayılması ciddi narahatlıq doğurur. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmək hər bir üzv dövlətin məsuliyyətidir. Biz bu vəziyyəti çox diqqətlə izləyirik" deyə cavab verib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mövzu ilə bağlı verdiyi açıqlamada, "Bütün üzv dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməlidirlər. Müqavilənin məsuliyyət və öhdəliklərini yerinə yetirməlidirlər" deyib. Dujarrik Ukraynanın BMT Təhlükəsizlik Şurasının təcili iclasına çağırışı ilə bağlı görüşün bu həftə baş tutacağına dair məlumatı paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31