Bəhreyndən nümayəndə heyəti 7 ildən sonra İrana səfər edəcək - ÖZƏL
28 Mart 2023 14:55 DünyaOlaylar.az xəbər verir ki, Bəhreyndən siyasi nümayəndə heyəti 7 ildən sonra diplomatik əlaqələrin kəsildiyi İrana səfər edəcək. İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Tehran-Manama diplomatik əlaqələrinin bərpası üçün diplomatik səylər və iki ölkə arasında nümayəndə heyətlərinin qarşılıqlı səfəri istiqamətində Bəhreyndən bir heyət İrana səfər edəcək. Digər tərəfdən, İran mətbuatında yer alan xəbərlərdə, Tehran və Ər-Riyad arasında münasibətlərin yenidən başlaması ilə bağlı razılaşmanın ardından İran Xarici İşlər Nazirliyindən bir nümayəndə heyətinin Bəhreynə getdiyi və bundan əvvəlki dövrdə İranın Manamadakı səfirliyini ziyarət etdiyi bildirilmişdi. Bəhreyn-İran münasibətləri 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin "terrorçuluq" ittihamı ilə edam edilməsindən sonra İranda nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu yandırıblar. Hadisələrdən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Körfəz və ərəb ölkələrinin əksəriyyəti Ər-Riyadın qərarını dəstəklədi və Bəhreyn 2016-cı ilin yanvarında İranla diplomatik əlaqələri kəsdiyini elan etdi.