Makronun populyarlığı bir ayda 6 pillə aşağı düşüb - ÖZƏL
28 Mart 2023 12:44 DünyaOlaylar.az xəbər verir ki, Fransada keçirilən rəy sorğusunun nəticələrinə görə, prezident Emmanuel Makronun populyarlığı ölkədə təqaüdə çıxanlara qarşı etirazlar səbəbindən bir ayda 6 pillə azalıb. BVA ictimai rəyi araşdırma qrupunun sorğusuna əsasən, fransızların 70 faizindən çoxu Makronun yaxşı prezident olmadığını düşünür.
Makronun populyarlığı 28%-ə düşüb, bu, vəzifəyə gəldiyindən bəri ən aşağı səviyyədir. Makronun mübahisəli pensiya islahatına təkid etməsi səbəbindən onun populyarlığı əvvəlki ayla müqayisədə 6 bənd azalıb. Digər tərəfdən, islahatı parlamentə təqdim etmədən birbaşa qəbul edən baş nazir Elisabeth Borne-nin populyarlığı 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri 2 pillə azalaraq ən aşağı səviyyəyə düşüb. Respondentlərin üçdə ikisi pensiya yaşının 2 il artırılaraq 62-dən 64-ə qaldırılması ilə bağlı mübahisəli islahatın geri götürülməsini istəyir. Sorğu martın 24-25-də ölkə əhalisini təmsil edən yaşı 18-dən yuxarı olan 1000 nəfər arasında aparılıb. Əvvəlki aylarda keçirilən sorğularda Makronun populyarlığı 34 faizdən yuxarı qalxmışdı.