“Baş verənlərdən narahat olmamaq mümkünsüzdür"

Ölkəmiz xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi mürəkkəb günlərdən keçir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunları İsrailin Baş Qərargah rəisi Herzi Halevi İsrail ordusuna müraciət edərkən söyləyib.

İsrail cəmiyyətinin mürəkkəb bir dövrdən keçdiyini vurğulayan Halevi deyib:

"Baş verənlərdən narahat olmamaq mümkünsüzdür. Bizim müharibələr və əzablarımız olub, düşmənlərimizə qarşı əzmlə vuruşmuşuq. Bu, əvvəllər yaşadığımız dövrlərdən fərqli bir dövrdür. Xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi bu günlərə bənzər bir şey görməmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31