Fransa səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

Fransanın Türkiyədəki səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, səfirə etiraz notası təqdim olunub. Belə ki, notada PKK terror təşkilatının Suriyadakı qolu YPG üzvlərinin Fransaya səfəri, Senatda görüşlər keçirməsi və medalla təltif olunmalarına etiraz bildirilib.

XİN-dən səfirə belə hərəkətlərin qəbuledilməz olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31