Rusiya Belarusa nüvə silahı yerləşdirməklə Qərblə vuruşur - ÖZƏL
27 Mart 2023 16:33 Dünya"Rusiyanın öz taktiki nüvə silahlarını Belarusda yerləşdirmək qərarı Ukraynadakı hərəkətləri ilə Moskvanı belə bir qərar verməyə sövq edən Qərbə tamamilə təbii və simmetrik cavabdır".
Olaylar.az xəbər verir ki, bunu Avrasiya və Aralıq dənizi Araşdırmaları Mərkəzinin vitse-prezidenti Stefano Vernole bildirib.
"Bu, simmetrik cavabdır. NATO Şərqə doğru genişlənməyə başlayandan bəri Rusiya prezidenti Vladimir Putin həmişə belə hərəkət edib. Son aylar Finlandiya və İsveçin NATO-ya daxil olması barədə çox danışılır. Əgər Ukrayna bu şərtlərdə qalsa, Xüsusi hərbi əməliyyatdan əvvəl onun ərazisi tamamilə açıq-aydın ABŞ və Britaniya tərəfindən hərbi məqsədlər üçün istifadə olunacaq. Rusiya buna reaksiya verməyə bilməz. Onun təbii cavabı hərbi obyektlərini Avropa sərhədlərinə yaxınlaşdırmaqdır" - Vernole bildirib.