Fransada polisə qarşı zorakılıq araşdırması- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransada mübahisəli pensiya islahatına qarşı nümayişlərin başladığı yanvardan bəri polisə qarşı qeyri-mütənasib güc tətbiqinə görə 17 istintaq açılıb. Fransanın BFMTV kanalına danışan Milli Polis Təhqiqat Bölməsinin (IGPN) rəhbəri Agnes Thibault-Lecuivre, yanvarın ilk nümayişlərindən bəri pensiya islahatına qarşı 17 məhkəmə araşdırmasının başladığını söylədi. Thibault-Lecuivre xüsusilə son zamanlar polis arasında etirazların ilk günlərində müşahidə olunmayan şiddətli bir münasibət dəyişikliyindən danışıldığına diqqət çəkərək, bu münasibət dəyişikliyi və radikallaşma ilə bağlı hadisələrin də bu günə qədər gəlib çatdığını bildirib. Daxili işlər naziri Gerald Darmanin də hökumətin pensiya islahatı haqqında qanun layihəsini qəbul etdiyi martın 16-dan bu yana polisə qarşı 11 istintaq açıldığını açıqlayıb. Darmanin nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiq etməkdə günahlandırılan Fransa polisini müdafiə edərək, yorğunluq səbəbindən fərdi insidentlərin ola biləcəyini müdafiə edib. Avropa Şurası martın 16-dan ölkə boyu keçirilən nümayişlərdə polisin qeyri-mütənasib güc tətbiqini pisləyən bəyanat yayıb. Şura polisin bu münasibətinin narahatlıq yaratdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31