Rusiyanın Belarusa nüvə silahı göndərmək qərarı necə qarşılanıb?- ÖZƏL
27 Mart 2023 12:34 DünyaOlaylar.az xəbər verir ki, NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını "məsuliyyətsiz" hesab etdiklərini bildiriblər. NATO-nun sözçüsü Oana Lungesku: "Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. NATO hazır vəziyyətdədir. Biz vəziyyəti diqqətlə izləyirik. Rusiyanın nüvə mövqeyində bizim mövqeyimizi dəyişməyi tələb edəcək hər hansı dəyişiklik görməmişik". ifadəsini işlədib. "Rusiyanın NATO-nun nüvə paylaşmasına istinad etməsinin aldadıcı olduğunu" qeyd edən Lungesku, NATO müttəfiqlərinin beynəlxalq öhdəliklərinə əməl etdiyini vurğulayıb. "Rusiya ən son Yeni START sazişində iştirakını dayandırmaqla silahlara nəzarət üzrə öz öhdəliklərini dəfələrlə pozub. Rusiya dərhal öhdəliklərinə əməl etməli və vicdanla hərəkət etməlidir", - deyə Lungesku bildirib.