Ərdoğan zəlzələdən ziyan çəkənlərlə birlikdə iftar edəcək - ÖZƏL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə səfər edir. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, dövlət başçısı Adıyamanda zəlzələ qurbanları üçün tikiləcək yeni yaşayış komlekslərinin təməlqoyma mərasiminı qatılacaq.

Mərasimdən sonra Ərdoğan Adıyamandakı çadır kəndə baş çəkəcək, vətəndaşlarla görüşəcək. Rəcəb Tayyib Ərdoğanın Adıyamanda zəlzələdən zərər çəkən insanlarla birlikdə Ramazan süfrəsində oturacağı, onlarla birlikdə iftarını açacağı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31