Yaponiya Rusiyanın Belarusda nüvə silahları yerləşdirmək qərarını pisləyir - ÖZƏL
27 Mart 2023 11:26 Dünya"Nüvə silahı ilə bombalanmış ölkə kimi Yaponiya Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını qəbuledilməz hesab edir".
Olaylar.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
"Yaponiya Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını pisləyir, çünki bu, Ukraynada davam edən təcavüz fonunda daha da eskalasiyaya səbəb olacaq. Biz Rusiya və Belarusu gərginliyi artıra biləcək istənilən hərəkəti dayandırmağa çağırırıq" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31