ABŞ-ın Suriyadakı hərbi mövcudluğu DAVAM EDƏCƏK

ABŞ prezidenti Co Bayden ABŞ hərbçilərinin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü "CBS" telekanalının efirində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qrupa qarşı vuruşan 1000-ə qədər hərbçimiz var", - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, С.Bayden bu missiyanı saxlamağa "tamamilə sadiqdir".

"Biz hər zaman hərbçilərimizi və obyektlərimizi qoruyacağıq", - deyə C.Kirbi əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31