Ukrayna Prezidenti Vladimir Zelenski Aleksandr Kamışini prezidentin ştatdankənar müşaviri vəzifəsindən azad edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Zelenski fərman imzalayıb.
Qeyd edək ki, Aleksandr Kamışin bu vəzifəyə martın 3-də təyin olunmuşdu. Mart ayının 21-də isə Ali Rada Kamışini Ukraynanın strateji sənaye naziri təyin etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31