"Rusiyaya qalib gəlmək üçün ona dəstəyimizi və köməyimizi bir daha təsdiqlədik"
24 Mart 2023 22:19 DünyaAB liderləri Vladimir Zelenski ilə söhbətlərində Ukraynaya Rusiya ilə münaqişədə qalib gəlməyə kömək edəcəklərini deyiblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Zelenskini videobağlantı vasitəsilə dinlədikdən sonra Rusiyaya qalib gəlmək üçün ona dəstəyimizi və köməyimizi bir daha təsdiqlədik. Biz Ukraynaya bütün səviyyələrdə lazım olduğu müddətcə kömək etməyə davam edəcəyik", - Makron bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31