Kəşfiyyat təyyarəsi Qara dənizə GÖNDƏRİLDİ

Bu gün Britaniyanın "Boinq RC-135" kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuşlar həyata keçirib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Britaniya təyyarəsinin uçuşu "Flightradar"xidmətində qeydə alınıb.

Xidmətin məlumatına görə, təyyarəni Britaniyanın iki ədəd "Eurofighter Typhoon" qırıcısı müşayiət edib.

Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31