Ukraynaya növbəti hərbi yardım GÖNDƏRİLDİ

Almaniya bir həftə ərzində Ukraynaya üç ədəd "Dachs" mühəndis tankı, 70 pulemyot verib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Almaniya həmçinin Ukraynaya "Leopard 2" tankı və "Marder" PDM-ləri üçün ehtiyat hissələri tədarük edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31