"Rusiya prezidenti ilə tez-tez danışmışam və bundan sonra da danışacağam”

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə təmasları davam etdirəcəyini bildirib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Şolts Brüsseldə çıxışı zamanı deyib.

"Mən Rusiya prezidenti ilə tez-tez danışmışam və bundan sonra da danışacağam", - o bildirib.

Qeyd edək k, Şolts və Putin sonuncu dəfə ötən il dekabrın 2-də telefonla danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31