TikTok Avroviziyaya SPONSOR OLDU
24 Mart 2023 18:42 DünyaTikTok platforması bu il də Avroviziya mahnı müsabiqəsinin rəsmi sponsoru olub.
Olaylar.az olay-a istinadən xəbər verir ki, Avropa Yayım Birliyi yarışmanı canlı təqdim etmək, həmçinin eksklüziv çıxışlar və pərdəarxası məzmunu yayımlamaq üçün bu sosial şəbəkəni seçib.
Qeyd edək ki, müsabiqə Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq.
Məlumat üçün onu da bildirək ki, ölkəmizi "Tell me more" ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31