Rus ordusu bu şəhərdən tamamilə GERİ ÇƏKİLDİ
23 Mart 2023 22:48 DünyaRusiya ordusu Xerson vilayətinin Nova Kaxovka şəhərini tərk edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"22 martdan etibarən işğalçı ordunun Xerson vilayətinin Nova Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib", - Baş Qərargah vurğulayıb.
Bildirilib ki, şəhəri tərk edən hərbçilər geri çəkilərkən yerli sakinlərdən böyük sayda məişət və elektron texnikanı, zinət, geyim əşyaları və mobil telefonları müsadirə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31