"Əməliyyatlarımız son terrorçu ölkəmiz və xalqımız üçün təhlükə yaratmadığına qədər davam edəcək" - Rəcəb Tayyib Ərdoğan
23 Mart 2023 22:35 DünyaTerror təşkilatları onun milli təhlükəsizliyinə təhdid yaratdıqca Türkiyə həm ölkə daxilində, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirəcək.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş vilayətində çıxışı zamanı deyib.
"Sərhədlərimizin daxilində və xaricində əməliyyatlarımız son terrorçu ölkəmiz və xalqımız üçün təhlükə yaratmadığına qədər davam edəcək", - deyə Türkiyə prezidenti bildirib.
Dövlət başçısı terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq göstərmək cəhdlərinin əbəs olduğunu da diqqətə çatdırıb:
"Türkiyəni terrorla diz çökdürmək və marginal strukturların köməyi ilə Türkiyə siyasətini qurmaq cəhdlərinin qarşısını alacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31