"NATO bütün alyans üçün vacibdir"

ABŞ administrasiyası hesab edir ki, Türkiyə F-16 qırıcılarının modernləşdirilmiş versiyasını almalıdır, çünki bu, bütövlükdə NATO-nun müdafiə qabiliyyəti üçün vacibdir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı Dövlət katibi Entoni Blinken deyib.

"Biz hesab edirik ki, Türkiyə F-16 döyüş təyyarələrinin təkmilləşdirilmiş versiyasını, eləcə də bu tipli təyyarələr üçün təkmilləşdirmə paketlərini almalıdır. Hesab edirik ki, bu, NATO, bütün alyans üçün vacibdir", - Blinken bildirib.

Blinken Vaşinqtonun Türkiyənin gələcəkdə ABŞ-dan F-35 qırıcıları almasını məqbul hesab edib-etmədiyi məsələsinə aydınlıq gətirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31