“Apple” şirkətifilm istehsalı üçün ildə 1 milyard dollar ayıracaq
23 Mart 2023 21:46 Dünya"Apple" şirkəti özünün yayım servisi olan "Apple TV+"a diqqəti cəlb etmək üçün kinoteatrlar üçün filmlərin istehsalına ildə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən bildirib.
Məlumata əsasən, investisiyaların həcmi əvvəlki illərlə müqayisədə xeyli artacaq. "Apple"ın əvvəlki filmlərinin əksəriyyəti xüsusi olaraq şirkətin axın xidməti üçün hazırlanıb və ya məhdud kinoteatrlarda nümayiş etdirilib.
Korporasiya hazırda geniş ictimaiyyəti öz axın servisi haqqında məlumatlandırmaq üçün minlərlə kinoteatrda filmlər nümayiş etdirməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31