Parlamentdə "TikTok"un istifadəsi qadağan ediləcək
23 Mart 2023 20:21 DünyaÇində istehsal edilən "TikTok" sosial şəbəkəsindən istifadə Böyük Britaniya parlamentinin binasına girişi qadağan ediləcək.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Britaniya parlamentinin nümayəndəsi bildirib.
Bildirilib ki, təhlükəsizlik səbəbi ilə proqram bütün parlament cihazlarında da bloklanacaq.
"Hökumətin "TikTok"u hökumət cihazlarında qadağan etmək qərarı fonunda, İcmalar Palatası və Lordlar Palatasının komissiyaları "TikTok"un bütün parlament cihazlarında və parlament şəbəkəsində bloklanacağına qərar verdilər. Kibertəhlükəsizlik parlament üçün əsas prioritetdir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31