"Beynəlxalq order Budapeşt üçün məcburi deyil"

Rusiya Prezidenti Vladimir Putini Macarıstan ərazisində həbs etməyəcəyik.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Qulyaş bildirib.

O qeyd edib ki, beynəlxalq order Budapeşt üçün məcburi deyil.

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31