Şahzadə Uilyamdan Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya GİZLİ SƏFƏR
22 Mart 2023 22:38 DünyaŞahzadə Uilyam Polşanın cənub-şərqindəki Rzeşova hərbi bazasına qəfil səfər edib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, o, Britaniya əsgərlərinə təşəkkür edib.
Şahzadə Uilyamın səfəri təhlükəsizlik baxımından gizli saxlanılıb.
Hərbi baza Ukrayna sərhədi yaxınlığında yerləşir.
"Burada etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Siz burada həqiqətən vacib bir iş görürsünüz. Azadlığımızı müdafiə etmək həqiqətən vacibdir. Hər kəs sizi dəstəkləyir",- deyə o, qeyd edib.
Qeyd edək ki, Rzeşov Ukrayna sərhədindən bir saatdan çox məsafədə yerləşir.
Britaniya qoşunları Polşanın hava məkanının təhlükəsizliyinə kömək etmək üçün oradadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31