Hindistanda partlayış: 8 nəfər ÖLDÜ

Hindistanın Tamilnad ştatında pirotexnika fabrikində baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 16 nəfər yaralanıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb

Qeyd olunub ki, partlayış ştatın paytaxtı Çennayi şəhərindən 80 km cənub-qərbdə, Kuruvimalay rayonundakı zavodda baş verib.

Qeyd olunub ki, 5 nəfər hadisə yerində, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib. 16 yaralı xəstəxanaya yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Fabrikdəki partlayış yanğın nəticəsində baş verib. Hadisənin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31