Modovanın dövlət dili DƏYİŞDİ
22 Mart 2023 20:35 DünyaMoldova Prezidenti Maya Sandu dövlət dilinin adının moldav dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiqləyib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat verib.
"Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanun elan etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - Sandu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31