Şoyqu onları TƏLTİF ETDİ

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Amerikanın MQ-9 pilotsuz təyyarəsinin xüsusi əməliyyat zonasının sərhədlərini pozmasının qarşısını alan Su-27 pilotlarına "Şücaət" ordeni təqdim edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

"Kollegiya iclasında Şoyqu xüsusi əməliyyat zamanı tapşırıqların yerinə yetirilməsi zamanı qəhrəmanlıq göstərmiş rusiyalı hərbçilərə "Qızıl Ulduz" medalı və "İgidliyə görə" ordeni təqdim edib. Bundan əlavə, Amerikanın MQ-9 pilotsuz uçuş aparatı tərəfindən müvəqqəti rejimdən istifadə zonasının sərhədlərinin pozulmasının qarşısını alan Su-27 təyyarəsinin pilotları "Şücaət" ordenləri ilə təltif ediliblər", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31