Özbəkistanda 7,8 bal gücündə ZƏLZƏLƏ
21 Mart 2023 22:30 DünyaÖzbəkistanda 7,8 maqnitudada zəlzələ olub.
Olaylar.az milli.az-a istinadən bildirir ki,bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Zəlzələ Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.
Yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.
Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.
Hələlik dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31