"Putin Baydenlə görüşməyi planlaşdırmır"
21 Mart 2023 21:52 DünyaRusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinlə danışıqlardan sonra ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırmır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.
"Sadəcə onu bilirəm ki, belə bir görüş nəzərdə tutulmayıb", - deyə Y.Uşakov bildirib.
Eyni zamanda, Y.Uşakovdan ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbs olunacağı ehtimalını nə dərəcədə real hesab etdiyi də soruşulub. Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Çinlə danışıqlarda bu məsələ müzakirə olunmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31