NATO Finlandiyanın Türkiyədə parlament seçkilərinə qədər alyansa üzv olmasını gözləyir

NATO Finlandiyanın mayın 14-də Türkiyədə keçiriləcək parlament seçkilərindən əvvəl alyansa üzv olmasını gözləyir, İsveç barədə isə müəyyən tarix yoxdur.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransı zamanı deyib.

"Mən Macarıstan parlamentinin yaxın vaxtda Finlandiyanın üzvlük protokolunu ratifikasiya edəcəyinə, Türkiyə parlamentinin isə qarşıdan gələn seçkilərdən əvvəl (14 may tarixinə təyin edilib - red.) ratifikasiya edəcəyinə dair təminat almışam. İsveç üçün konkret bir tarix deyə bilmərəm, lakin İsveçin alyansa daxil olması birinci prioritetdir", - deyə baş katib bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31