Vladimir Putin və Szinpin geniş tərkibdə görüş keçirir
21 Mart 2023 19:32 DünyaRusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin arasında ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə Kremldə geniş tərkibdə danışıqlar davam edir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, görüş Kreml Sarayının Aleksandr zalında keçirilir.
Danışıqlardan sonra sənədlərin imzalanması və liderlərin media üçün bəyanatlar verməsi gözlənilir. Bundan sonra isə proqram Fasetlər sarayında dövlət ziyafəti ilə başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31