Si Szinpinin səfəri Rusiya cinayətlərinə “diplomatik örtük” hazırladığını göstərir - Blinken
20 Mart 2023 23:56 DünyaÇin sədri Si Szinpinin Moskva səfəri Çinin Ukraynada Rusiya cinayətlərinə "diplomatik örtük" hazırladığını göstərir.
Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Szinpinin Beynəlxalq Cinayət Məhkəməsinin Prezident Putin haqqında həbs qərarı çıxarmasından bir neçə gün sonra Rusiyaya səfəri Çinin Ukraynada törədilən vəhşiliklərə görə Kremli məsuliyyətə cəlb etmək üçün heç bir cavabdehlik hissi daşımadığını və onları pisləməkdənsə, Rusiyanın cinayətlər törətməyə davam etməsi üçün diplomatik örtüklə təmin edəcək", - Blinken qeyd edib.
Qeyd edək ki, bu gün Çin sədri Si Szinpin Rusiyaya qeyri-rəsmi səfər edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31