Qəhrəmanmaraşda daha bir güclü ZƏLZƏLƏ
20 Mart 2023 23:06 DünyaTürkiyənin Qəhrəmanmaraş vilayətinin Ekinözü rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerin 15 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat yoxdur.
***
Qəhrəmanmaraş vilayətində 4,1 bal gücündə növbəti zəlzələ olub.
Bu haqda AFAD məlumat yayıb.
Zəlzələnin episentri vilayətin Türkoğlu rayonunda, yerin 7 km dərinliyində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31