Türkiyə və Suriya üçün 7 milyard avro TOPLANILDI

Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Konfransın bağlanışında Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson deyib.

"Toplanan vəsaitlərin ümumi məbləği 7 milyard avro təşkil edib", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31