Türkiyə sel nəticəsində ölənlərin sayı ARTIB
20 Mart 2023 20:46 DünyaTürkiyədə sel fəlakətində həlak olanların sayı artıb.
Olaylar.az trend-ə istinadən bildirir ki, Şanlıurfa və Adıyamanda baş verən sel nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.
Adıyaman vilayətinin Tut rayonunda seldə itən ana və qızın axtarışları zamanı uşaq meyiti tapılıb.
Qeyd edək ki, Türkiyədə baş verən təbii fəlakət nəticəsində yaşayış binaları, xəstəxanalar və bəzi müəssisələr, həmçinin zəlzələdən zərər çəkən sakinlərin məskunlaşdığı çadır şəhərcikləri su altında qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31