Karen Donfrid vəzifəsindən İSTEFA VERƏCƏK

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid vəzifəsindən istefa verəcək.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi bildirib.

Qeyd olunub ki, Donfridin şəxsi həyatına daha çox vaxt ayırmaq üçün martın sonunda vəzifəsini tərk edəcəyi gözlənilir.

Hazırda onu kimin əvəzləyəcəyi ilə bağlı məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31