Vladimir Putin və Si Szinpin arasında görüş olub (YENİLƏNİB)

Çin Xalq Respublikasının sədri Si Szinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

S.Szinpin və V.Putin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpin arasında qeyri-rəsmi görüş başlayıb.

Liderlər arasında danışıqlar təkbətək formatda start götürüb.

***

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Szinpin arasında qeyri-formal görüş yekunlaşıb.

Liderlər arasında görüş təxminən 4,5 saat davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31