Rusiya Ukrayna nazirini TƏKZİB ETDİ

Taxıl müqaviləsinin 60 gündən artıq uzadılması ilə bağlı bütün xəbərlər yalandır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Tvitter hesabında bildirib.

Buna sübut kimi o, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın BMT rəhbərliyinə yazdığı məktubu dərc edib və müqavilələrin 60 gün müddətinə uzadıldığını bildirib.

Qeyd edək ki, az öncə Ukraynanın infrastuktur naziri Aleksandr Kubrakov taxıl müqaviləsinin 4 ay uzadıldığını bildirmiş və buna görə BMT baş katibi ilə Türkiyə liderinə təşəkkür etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31