Vladimir Putin Krımda SƏFƏRDƏDİR

Rusiya Prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsinin doqquzuncu ildönümü ilə əlaqədar yarımadaya gedib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun bir sıra tədbirlərdə iştirakı gözlənilir.

Kremlin mətbuat xidmətinin sözçüsü Dmitri Peskov bir müddət əvvəl açıqlamasında Putinin əhəmiyyətli mədəni-tarixi obyektin açılışında iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Putin sonuncu dəfə yarımadaya 2020-ci ilin iyulunda səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31