Parisdə yenidən NÜMAYİŞ BAŞLADI
17 Mart 2023 23:45 DünyaFransanın paytaxtı Parisdə hökumətin pensiya islahatına qarşı 2,5 minə yaxın insan nümayişə çıxıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə BFM məlumat yayıb.
Nümayiş Milli Assambleyanın qarşısındakı Konkord meydanında, Sena çayı sahilində keçirilir.
Meydanın mərkəzində nümayişçilər böyük tonqal qalayıblar. Polis ərazidə gücləndirilmiş rejimə keçib. Parlamentarilərin olduğu Burbon sarayına aparan körpüyə giriş bağlanıb.
Bəzi aksiya iştirakçılarının polisi təxribata çəkirək onlara daş və butulka atdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31