Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi arasında görüş olub
17 Mart 2023 21:51 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarı Finlandiyanın nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyi ilə izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31