Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə RAZILAŞDI (YENİLƏNİB)

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, bununla bağlı ölkə parlamentində prosedur başladılacaq.

"Türkiyə və Finlandiya tarixən yaxşı əlaqələri olan iki dost ölkədir. 1924-cü ildə imzalanan anlaşma sənədi ilə təsis edilən əlaqələr daha da güclənib", - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, ötən il avqustun 26-da Helsinkidə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib. Daha sonra Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə uzun müddət qarşı çıxsa da, daha sonra müəyyən şərtlər müqabilində razılıq vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31