TikTok qadağası genişlənir- ÖZƏL
17 Mart 2023 16:25 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-da Ağ Ev, Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti də daxil olmaqla bir çox dövlət qurumları 2022-ci ilin dekabrında Konqresdə səsverməni gözləmədən TikTok-a qadağa qoyub. ABŞ Nümayəndələr Palatası, həmçinin 28 dekabr 2022-ci ildə TikTok tətbiqinin üzvləri və əməkdaşlarının istifadə etdiyi rəsmi cihazlarda yüklənməsini və istifadəsini qadağan edib. Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas da daxil olmaqla bir çox ştat TikTok-dan istifadəni qadağan edən oxşar qanunlar qəbul edib. Nəhayət, Böyük Britaniya və Yeni Zelandiya da qadağa qərarları verdi. Böyük Britaniyada Çin sosial media platforması TikTok təhlükəsizlik baxımından nazirlər və hökumət rəsmiləri tərəfindən istifadə edilən telefonlar və digər elektron cihazlara qadağa qoyulub. Yeni Zelandiyada təhlükəsizliklə əlaqədar olaraq qanunvericilərə və digər parlament üzvlərinə ictimai telefonlarda TikTok proqramından istifadəni qadağan edəcək.