ABŞ-da 2021-ci ildə hamiləlikdən ölüm nisbəti artıb- ÖZƏL
17 Mart 2023 16:22 DünyaOlaylar.az xəbər verir ki, 2021-ci ildə ABŞ-da hamilə qadınların ölüm nisbəti 2020-ci ilə nisbətən 40 faiz artıb. ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzlərinin (CDC) yeni məlumatları göstərir ki, ölkə daxilində hamiləlik və ya doğuş zamanı ağırlaşmalardan ölən qadınların sayı 2021-ci ildə əvvəlki illə müqayisədə 40 faiz artıb. 2020-ci ildə hər 100 min hamilə qadından 23,8-i, 2021-ci ildə isə hər 100 min hamilə qadından 32,9-u doğuş zamanı dünyasını dəyişib. 2021-ci il hamilə ölümlərin əvvəlki 4 illə müqayisədə ən çox artdığı il olub. Həmçinin, qaradərili hamilə qadınların ölüm nisbəti 2021-ci ildə təxminən 2,5 dəfə yüksək olub. Məlumatlar üzə çıxarıb ki, həmin ildə doğuş zamanı ölən 40 və daha yuxarı yaşda olan hamilə qadınların nisbəti gənc hamilə qadınların nisbətindən təxminən 7 dəfə çoxdur. Mütəxəssislər 2021-ci ildə bu artımda COVID-19 epidemiyasının təsirli olduğunu bildirirlər.