Rusiya xarici təzyiqlər fonunda İranla sazişləri icra etməyə davam edir - ÖZƏL

"Rusiya və İran xarici təzyiqlərə baxmayaraq, böyük razılaşmaları həyata keçirməyə davam edirlər". Olaylar.az xəbər verir ki, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov deyib. "Xarici təzyiqlər fonunda biz ölkələrimiz üçün vacib olan layihələrin icrasını davam etdiririk və yeni layihələrin icrasına başlayırıq. Atom Elektrik Stansiyasının ikinci xətti tikilir, neft yataqlarının işlənilməsi, o cümlədən, dəmir yolu xidmətinin təkmilləşdirilməsi davam etdirilir" - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31