Fransada böyük böhran: Təqaüdçü üsyanı Makronu bitirə bilər- ÖZƏL
17 Mart 2023 16:15 DünyaOlaylar.az xəbər verir ki, Milyonlarla insanı həftələrlə küçələrə çıxaran Fransada pensiya yaşının artırılması planına qarşı keçirilən nümayişlər dünən ölkəni yanğın yerinə çevirib. Hökumətin Konstitusiyanın 49-cu maddəsini tətbiq edərək qanunu Məclisdən səs vermədən keçirməsi müxalifəti küçələrə çıxardı. Demokratiyanı tapdalamaqda ittiham olunan prezident Makrona təzyiqlər artır. Fransanı ayağa qaldıran, milyonları küçələrə çıxaran pensiya yaşının artırılması planı ölkədə demokratiya ilə bağlı müzakirələri qızışdırıb.Fransa hökuməti dünən sürpriz bir qərarla pensiya yaşının 62-dən 64-ə qaldırılması planı ilə bağlı Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini həyata keçirdiklərini açıqladı. Bununla da hökumət mübahisəli qanunun Məclisdə səsvermədən keçməsini təmin edib. Fransanın baş naziri Elizabet Borne qanun layihəsinin parlamentdə 175 saat müzakirə edildiyini bildirərək islahatların zəruriliyini müdafiə edib. Borne həmçinin etiraf edib ki, onların Milli Assambleyada pensiya islahatı qanun layihəsini qəbul etmək üçün kifayət qədər səsləri yoxdur. Nümayişlər 2018-ci ildə Fransada Makron hökumətini çöküş həddinə çatdıran Sarı jiletlilərin etirazlarına bənzədilib. Hökumətin Milli Assambleyada səsvermə olmadan mübahisəli pensiya islahatını qəbul etməsindən sonra Fransada keçirilən sorğuda respondentlərin 71 faizi hökumətin istefasını istədiklərini bildirib.