Livan Rusiyadan taxıl, gübrə tədarükündə maraqlıdır – ÖZƏL
17 Mart 2023 12:50 Dünya"Rusiya və Ukraynadan taxıl və gübrə ixracı üzrə saziş Livanın maraqlarına uyğundur".
Olaylar.az xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı naziri vəzifəsini icra edən Abbas Hacı Həsən taxıl müqaviləsinin daha 60 gün uzadılması qərarını şərh edərkən deyib.
"Biz həmin sazişlərin gələcəyindən narahatıq, çünki biz buğda kimi strateji əhəmiyyətli məhsulları Rusiyadan idxal etməliyik. Hökumət bununla maraqlıdır və güman edir ki, ilk növbədə bu beynəlxalq saziş Livana xeyir verəcək" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31