Ukraynalı uşaqların deportasiyası müharibə cinayətidir- ÖZƏL
17 Mart 2023 12:32 DünyaOlaylar.az xəbər verir ki, BMT müstəntiqləri bildiriblər ki, Rusiyanın ukraynalı uşaqları öz nəzarəti altında olan ərazilərdən zorla çıxarması müharibə cinayətidir. BMT-nin Ukrayna üzrə Təhqiqat Komissiyası yüzlərlə ukraynalı uşağın qanunsuz olaraq Rusiyaya köçürülməsinə dair sübutların olduğunu bildirib. Komissiyanın hesabatında Rusiyanın Ukraynada başqa hərbi cinayətlər törətdiyinə dair məlumatlar da yer alıb. Bunlara xəstəxanalara hücumlar, işgəncələr, zorlamalar və qəsdən adam öldürmələr daxildir. Ukrayna hökumətinin statistikasına görə zorla Rusiyaya aparılan uşaqların sayının 16 221 olduğunu bildirir.
BMT-nin müstəntiqləri qeyd edirlər ki, köçürmələr müvəqqəti olsa da, uşaqların qoruyucu ailələrə verilməsi prosesi başlayıb. Hesabatda bildirilir ki, ukraynalı uşaqların zorla deportasiyası "beynəlxalq humanitar hüququ pozur və müharibə cinayəti yaradır".