Fransa ölkəsini NATO-dan çıxmağa çağırır- ÖZƏL
17 Mart 2023 11:14 DünyaFransanın sağçı Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hesab edir ki, Fransa NATO-dan çıxmalıdır. Onun fikrincə, Avropanı dünya müharibəsinə sövq edən Şimali Atlantika Alyansı və ABŞ- dır. Filippo bu fikri RİA Novosti -yə müsahibəsində bölüşüb .
Siyasətçi qeyd edib ki, getdikcə daha çox Fransa vətəndaşı üçüncü dünya müharibəsinə doğru olan yarışdan yorulmağa başlayıb.
"Biz görürük ki, bizi bu münaqişəyə cəlb etməyə məcbur edirlər. Lakin bu belə olmamalıdır. NATO və ABŞ bizi Ukraynaya silah göndərməyə sövq edir . Əgər biz ittifaqı və ABŞ-ı dinləməyə davam etsək, o zaman heç vaxt sülhə yox, üçüncü dünya müharibəsinə gələcəyik".
Filipponun sözlərinə görə, NATO və ABŞ Rusiya Federasiyasına və Çinə qarşıdırlar. Siyasətçi Fransanı ağıllı davranmağa və hərbi-siyasi blokdan çıxmağa çağırıb.
"Bu ittifaq dağılmalıdır. Bunun mövcud olması üçün heç bir səbəb yoxdur. Müharibənin təşkili budur. Bunu son illər baş verənlər sübut edir. Biz Rusiya və Çinə qarşı bu dünya müharibəsi gündəmini dayandırmalıyıq. Bu, tam dəlilikdir", - deyə siyasətçi fikrini yekunlaşdırıb.